kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Məhəmməd Füzuli əsərləri altinci cild

Məhəmməd Füzuli əsərləri altinci cild

Tərtib edəni: Əlyar Səfərli
Redaktoru: Teymur Kərimli

Hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı türk ədəbiyyatında da məqtəllər üçün dəyişməz mövzu olmuşdur. Dahi Füzulinin “Hədiqətüs-süəda”sı da (“Xoşbəxtlər bağçası”) qanın qılınca qalib gəldiyi bu tarixi hadisə ilə bağlı yazılmışdır. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmiş əsərin Füzuli həyatda
ikən köçürülmüş nüsxəsindən (Konya, h.954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur.
Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə “Hədiqətüs-süəda”nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur.
Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var.

Klassik ədəbiyyat
Format Size
PDF 918.9 KB Download